Rusiya ÜDM göstəricisi üzrə Almaniyanı qabaqlayacaq və 2022-ci ildə dünyanın ən böyük beş iqtisadiyyatından biri olacaq.
Bu barədə Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin yeni proqnozunda deyilir.
Proqnoza əsasən, Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə, Rusiya hazırda alıcılıq qabiliyyəti pariteti (PPP) baxımından ÜDM-in həcminə görə dünyada 6-cı yeri tutur. Əvvəlki proqnoza görə, Rusiyanın dünyanın ən böyük iqtisadiyyatı siyahısında 6-cı yerdən 5-ci yerə keçmənin 2023-cü ildə baş verəcəyi ehtimal olunurdu.
“İqtisadi artımının sürətlənməsi Rusiyaya alıcılıq qabiliyyəti pariteti üzrə ÜDM-in həcminə görə Almaniyanı geridə qoymağa və 2022-ci ildən başlayaraq dünyanın ən böyük iqtisadiyyatı siyahısında 5-ci yeri tutmağa imkan verəcək”, – məlumatda qeyd edilir.
Nazirliyin proqnozuna əsasən, 2021-2022-ci illərdə Rusiyanın ÜDM-i 3,1-3,2%-dək artacağı (2020-ci ildə – 1,9%), 2023-2024-cü illərdə isə artım 3,3% təşkil edəcəyi gözlənilir.
©APA