26 C
Baku
Saturday, July 27, 2024

Rusiya ABŞ-ın dövlət borcundakı payını 82,5 milyard dollaradək azaldı

2016-cı ilin martından aprelinədək Rusiya ABŞ-ın dövlət istiqrazına yatırımların həcmini 3,5 milyard dollar – 86 milyard dollardan 82,5 milyard dollara qədər azaldıb. Bu barədə məlumat ABŞ-ın Maliyyə Nazirliyinin məruzəsində əksini tapıb.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, ABŞ-ın dövlət istiqrazlarına pul yatıran ölkələr arasında Çin əvvəlki kimi ilk mövqedə qərarlaşıb. Aprel ayında onun qiymətli kağızlar paketi təxminən 1,243 trilyon dollar təşkil edib. Siyahıda ikinci yeri 1,142 trilyon dollarla Yaponiya, üçüncü yeri 258,5 milyard dollarla Kayman adaları tutur.

Ümumilikdə isə xarici ölkələr Amerikanın qiymətli kağızlarına 6,238 trilyon dollar vəsait yatırıblar.

 

Son xəbərlər
Digər xəbərlər