2 C
Baku
Sunday, February 25, 2024

Rusiya aviaşirkəti Novosibirskdən Bakıya birbaşa reys açır

Rusiyanın “S7 Airlines” aviaşirkəti Novosibirskdən Bakıya birbaşa müntəzəm reys açır.

“S7 Airlines” aviaşirkəti bu istiqamət üzrə artıq aviabiletlərin satışına başlayıb. İlk uçuş martın 7-də həyata keçiriləcək.

Qeyd olunur ki, martın sonunadək uçuşlar həftədə bir dəfə, aprelin 3-dən isə həftədə iki dəfə həyata keçiriləcək.

Uçuşlar “Ekonom” sinifdə 174 sərnişini qəbul edə bilən “Airbus A320” təyyarəsi ilə həyata keçiriləcək. Səyahət vaxtı təxminən 4.5 saatdır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər