Rusiyanın “Ural Hava Yolları” şirkəti Nijnevartovsk – Gəncə – Nijnevartovsk marşrutu üzrə uçuşlara başlayır.
Banker.az “Report”a istinadən xəbər verir ki, aviareyslər oktyabrın 30-dan başlayaraq, hər həftənin çərşənbə axşamı günləri “Airbus A320” markalı təyyarələrlə həyata keçiriləcək.
Təyyarə Nijnevartovskdan saat 09:35-də havaya qalxacaq və 4 saat 35 dəqiqədən sonra – saat 13:10-da Gəncəyə enəcək.
Geriyə dönüş isə saat 15:00-da baş tutacaq və təyyarə 4 saat 10 dəqiqədən sonra – saat 20:10-da Nijnevartovska enəcək.