6 C
Baku
Sunday, December 15, 2024

“Rusiya Azərbaycan və Ermənistana avtomobil yolu ilə bağlı razılığa gəlməyə kömək edib”

“Rusiya Ermənistan və Azərbaycana Zəngəzur dəhlizində avtomobil yolu ilə bağlı razılığa gəlməyə kömək edib”.

Bu barədə məlumatı adı açıqlanmayan yüksək vəzifəli mənbəyə istinadən “İzvestiya” yayıb.

“Azərbaycan və Ermənistan artıq çoxdandır ki, Naxçıvana gedəcək dəmir yolu ilə bağlı razılığa gəlib. Bununla bağlı, hələ ötən ilin payızında razılıq əldə olunub. Avtomobil yolu ilə bağlı isə İrəvanda uzun müddətdir sükut idi. Lakin iyunun 3-ü Baş nazirlərin müavinlərinin sonuncu görüşündə tərəflər yolun 6 kilometrlik hissəsi istisna olmaqla, gələcək yolun marşrutunu razılaşdırıb. Orada dağlar var və Rusiyanın “Avtodor” şirkəti sadə mühəndislik həll yollarını təklif etmək üçün öz mütəxəssislərini oraya göndərib”, – deyə mənbə qeyd edib.

Onun sözlərinə görə, avtomobil yolu Ermənistan tərəfindən Araz çayı boyunca keçəcək: “Qalan hissədə isə 1992-ci ilə qədər Naxçıvanı Zəngilan rayonu ilə birləşdirən keçmiş sovet yollarından istifadə olunacaq”.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər