7 C
Baku
Sunday, December 15, 2024

Rusiya Azərbaycanda biznes-missiya hazırlayır

Rusiyanın Sənaye və Ticarət Nazirliyi Azərbaycan şirkətləri ilə layihələrin inkişaf etdirilməsi üçün biznes-missiya hazırlayır.

TASS agentliyinə istinadən, bu fikirləri Rusiya – Azərbaycan Regionlararası Forumu çərçivəsində keçirilən sənaye məsələlərinə dair dəyirmi masada Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib.

“Bizim Sənaye Nazirliyimiz Azərbaycandan olan müştərilər və müəssisələr üçün ayrı-ayrılıqda biznes-missiya keçirməyi planlaşdırır. Tərəfdaşlar axtaracağıq”, – o deyib.

Nazir qeyd edib ki, Rusiya və Azərbaycan qarşısında sənaye kooperasiyası sahəsində böyük imkanlar açılır.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər