6 C
Baku
Sunday, December 15, 2024

Rusiya Azərbaycanın 13 şirkətinə pomidor və alma ixracına icazə verib

“Rosselxoznadzor” yanvarın 25-dən Azərbaycanın 6 alma istehsal müəssisəsinə və 7 pomidor istehsal edən şirkətinə Rusiyaya mallarını ixrac etməyə icazə verib.

Qərar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində aparılan fitosanitar monitorinqinin nəticələri, habelə birgə video-yoxlamalar zamanı götürülmüş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələri barədə daxil olmuş məlumatların təhlili əsasında qəbul edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər