4 C
Baku
Friday, February 23, 2024

Rusiya bankı ARDNF-ə dividend ödənişini 2 dəfəyə yaxın artırıb

2021-ci ildə Rusiyanın VTB Bankı Azərbaycanın Dövlət Neft Fonduna (ARDNF) 481,3 milyon rubl və yaxud 6,5 milyon ABŞ dolları dividend ödəyib.

Bu barədə Fonddan bildirilib.

Məlumata görə, bu, 2020-ci illə müqayisədə 81 % çoxdur. Həmin il ARDNF VTB-dən 265,9 milyon rubl və yaxud 3,4 milyon ABŞ dolları dividend alıb.

Xatırlaadaq ki, ARDNF-in 2012-ci ildə təsdiq olunmuş yeni investisiya siyasətinə əsasən, onun investisiya portfelinə səhmlər, daşınmaz əmlak və qızıl kimi maliyyə alətləri daxil olub. Bu çərçivədə Fond 500 milyon ABŞ dolları investisiya qoyaraq Rusiya bankının səhmlərinin təxminən 3 %-ni əldə edib.

Son xəbərlər
Digər xəbərlər