Rusiyada banklar əhalini Çin yuanında depozit yatırmağa həvəsləndirir.
Banker.azın TASS-a istinadən xəbərinə görə, iri dövlət bankı martın 9-dan VTB yuanla illik faiz dərəcəsini 8%-ə qədər artırıb. Bu maksimaldır.
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı işğalı – hansı ki, özləri bunu hərbi əməliyyat adlandırır – Qərb tərəfindən RF-yə qarşı ağır sanksiyalara məruz qoydu. Həmçinin ölkənin Mərkəzi Bankının valyuta ehtiyatlarına sanksiyalar tətbiq edilib. Belə olan şəraitdə ölkə alternativ çıxış kimi dolları əvəzləyəcək yeni valyuta axtarışındadır.