7 C
Baku
Thursday, December 12, 2024

Rusiya Belarusa vahid vergi, gömrük və məhkəmə yaratmağı təklif etdi

Moskva Belarusiya ilə dərin inteqrasiya əlaqəli danışıqlar çərçivəsində vahid vergi, gömrük və məhkəmə yaratmağı təklif edib.

Banker.az xəbər verir ki, bu haqda üç mənbəyə istinadən “RBC” xəbər verib.

Daha dəqiq desək, söhbət 12 üstmilli orqanın yaradılmasından gedir. Bunlar arasında vahid emissiya mərkəzi, vergi və antimonopoliya orqanları, habelə aşağıdakı sahələrdə vahid tənzimləyicilər var: nəqliyyat, sənaye, kənd təsərrüfatı, rabitə və energetika. Bu planlar 31 dənə “yol xəritəsi” adını alıb.

Vladimir Putin və Aleksandr Lukaşenko “yol xəritələri” ni müzakirə etmək məqsədilə 2019-cu ilin yay-payız aylarında görüş təşkil etməyi planlaşdırırlar.

Rusiyanın baş naziri Dmitriy Medvedev bildirib ki, 30 “xəritə” həyata keçiriləndən sonra sonuncu – 31-ci “xəritə” nin həyata keçirilməsi məsələsinə baxılacaq. Qeyd edildiyi kimi, 31-ci “xəritə” tərəflər arasında vahid institutların yaradılmasını nəzərdə tutur.

Danışıqların ləngiməsinin əsas səbəbi kimi Rusiya və Belarus arasında neft ilə bağlı olan mübahisələrin olması göstərilir.

Son xəbərlər
Digər xəbərlər