15 C
Baku
Tuesday, April 30, 2024

Rusiya “Biq Mak indeksi”ni “Şaurma indeksi” ilə əvəz edib

Rusiya “Biq Mak indeksi”ni “Şaurma indeksi” ilə əvəz edib. Qeyd edək ki, bütün dünyada insanların həyat səviyyəsinin ölçülməsi üçün ən çox “Biq Mak indeksi”ndən istifadə olunur. O, müxtəlif ölkələrin sakinlərinin alıcılıq qabiliyyətini müqayisə etməyə imkan verir.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

“Şaurma indeksi” bir çox cəhətdən “Biq Mak indeksi”nə bənzəyir. Sonuncu 1986-cı ildə “The Economist” jurnalı tərəfindən yaradılıb. Onun əsas vəzifəsi – hansı valyutanın olduğundan yüksək, hansının isə olduğundan aşağı qiymətləndirildiyini göstərmək olub. Hesablamalar zamanı “McDonald’s” burgerinin qiyməti götürülüb.

“McDonald’s” şəbəkəsi Ukraynada xüsusi əməliyyat başlayandan sonra Rusiyanı tərk edib. May ayında Amerika korporasiyası Rusiyadakı biznesini Alexander Govora satıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər