21 C
Baku
Wednesday, April 17, 2024

Rusiya Britaniyanı təhdid edib

Böyük Britaniyanın Ukraynaya uzaqmənzilli raketlər tədarükü Rusiya ordusundan adekvat cavab tələb edəcək.

Bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bununla bağlı müvafiq addımlar atılacaq.

Qeyd edək ki, Böyük Britaniya Ukraynaya bir neçə “Storm Shadow” qanadlı raket göndərib. “Storm Shadow” (“Fırtına Kölgəsi”) uzaqmənzilli qanadlı raketlərini Böyük Britaniya və Fransa birgə hazırlayıb, uzunmənzilli qanadlı raketdir. O, 250 km və ya 155 mil uzaqlıqda yerləşən hədəfləri vura bilir.

ABŞ-ın adı açıqlanmayan yüksək rütbəli hərbi rəsmisinin sözlərinə görə, raket “əsl oyun dəyişdiricidir” və Kiyevə müharibə başlayandan bəri istədiyi döyüş qabiliyyətini verə bilər.

Məlumata görə, hazırda ABŞ-ın Ukraynaya göndərdiyi silahların maksimal məsafəsi təxminən 49 mil və ya təxminən 80 km-dir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər