Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko koronavirusa yoluxmuş şəxslə təmasda olduğuna görə karantinə alınıb.
Bu barədə Federasiya Şurasının vitse-spikeri Andrey Yatskin bildirib.
Onun sözlərinə görə, Valentina Matviyenko özünütəcrid rejiminə keçib: “Federasiya Şurasının spikeri məsafəli rejimdə işləməyə davam edir”.