“Avropa Şurası ilə aparılan fəal iş nəticəsində Rusiya Gürcüstana kompensasiyanın ödənilməsi ilə bağlı danışıqlarda iştiraka razılıq verib”.
Bunu Gürcüstanın ədliyyə naziri Qoça Lortkipanidze parlamentdə çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, Rusiyanın imtina mövqeyi ilə bağlı irəliləyiş əldə olunub: “Avropa Şurasının vasitəçiliyi ilə Rusiya məsələnin yoluna qoyulması prosesinə cəlb olunmağa hazırdır. Bu, bizim məsələyə yanaşmamızın düzgünlüyünü sübut edir”.
Qeyd edək ki, Avropa Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli qərarına əsasən, Rusiya 2006-cı ildə insan haqlarının kobud pozulması ilə ölkədən kütləvi deportasiya olunan ən azı 1 500 şəxslə bağlı Gürcüstana 10 milyon avro həcmində kompensasiya ödəməlidir. Rusiya həmin qərarı bu günə qədər icra etməyib.