26 C
Baku
Saturday, July 27, 2024

Rusiya hərbçilərinin girov götürdüyü azərbaycanlı tələbə azad edilib

Ukraynada Rusiya hərbçilərinin girov götürdüyü azərbaycanlı tələbə azad edilib.

Bunu tələbənin əmisi Cahin Abdullayev deyib.

“Hüseynin saxlanıldığı ərazidən 130 kilometr aralıda yerləşən Zaporojye şəhərinə gətirilərək Azərbaycan diasporunun nümayəndələrinə təhvil verilməsi barədə rus hərbçilərlə razılıq əldə olunmuşdu. Mən bu gün günorta saatlarında Hüseynlə danışdım və bildirdi ki, artıq rus hərbçiləri onu Zaporojye şəhərinə aparmaq üçün hazırlıq işləri görürlər. Bizə deyiblər ki, Hüseyn bir həftə ərzində Azərbaycana göndəriləcək”.

Qeyd edək ki, Neftçala rayon sakini, Hüseyn Amil oğlu Abdullayev Ukraynanın Mariupol Dövlət Universitetinin üçüncü kurs tələbəsi olub.

H. Abdullayev 25 gün bundan əvvəl universitet yataqxanasının zirzəmisindən tələbə yoldaşları ilə birgə çıxaraq Azərbaycana qayıtmaq istəyərkən rus hərbçiləri tərəfindən girov götürülmüşdü.

 

 

Son xəbərlər
Digər xəbərlər