Çexiya Parlamenti Senatı (yuxarı palatası – Red) hökuməti Rusiya Federasiyası ilə mövcud olan dostluq və əməkdaşlıq müqaviləsini ləğv etməyə, Rusiyanın Çexiyadakı səfirliyinin işçilərinin sayını mümkün qədər azaltmağa və səfiri tək saxlamaqla bağlı çağırış edib.
Bu barədə “ÇTK” xəbər agentliyi xəbər yayıb.
Senat üzvləri 2014-cü ildə Rusiya xüsusi xidmət orqanlarının iştirakı ilə törədilən Vrbetitsadakı hərbi anbarlardakı partlayışı Avropa Birliyinə üzv dövlətlərdən birinə qarşı dövlət terror aktı dəyərləndirib.
Bundan əlavə, Çexiya parlamentinin yuxarı palatası Nazirlər Kabinetinə Vrbetitsadakı hadisə ilə bağlı məsələni BMT Təhlükəsizlik Şurasının iclasına çıxarmağı, Avropa Birliyi və NATO-nun rəhbər qurumları tərəfindən baxılması üçün addımlar atılmasını tövsiyə edib.
Bildirilib ki, Çexiya hökuməti bu təşkilatlara (NATO və Avropa İttifaqı – Red) üzv olmaqla ölkəyə verilən bütün imkanlar və vasitələrdən istifadə etməlidir.