26 C
Baku
Saturday, July 27, 2024

Rusiya ilk elektrik təyyarələrinin satışlarına 2030-cu ildən əvvəl başlaya bilər

“Yak-40” bazalı Rusiyanın ilk elektrik təyyarələrinin satışları 2030-cu ildən əvvəl başlaya bilər.

Bunu jurnalistlərə açıqlamasında Rusiyanın sənaye və ticarət naziri Denis Manturov deyib.

Onun sözlərinə görə, yaxın gələcəkdə sözügedən təyyarələrin uçuşlarına başlanacaq, laynerilərin kommersiya satışlarına isə 2030-cu ildən etibarən, hətta bundan da əvvəl start veriləcəyi gözlənilir.

Nazir əlavə edib ki, bu, elektrik qurğusunun tətbiq ediləcəyi eksperimental bir təyyarə olacaq. Təyyarə cari ilin iyul ayında Moskvada beynəlxalq aviasiya sərgisində nümayiş olunacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər