7 C
Baku
Thursday, December 12, 2024

Rusiya iş adamlarının sərvəti ilin əvvəlindən bəri $11 mlrd. artıb

2024-cü ilin ilk iki ayında Rusiyanın ən zəngin iş adamlarının ümumi sərvəti 11.084 milyard dollar artıb, bunu “Bloomberg Billionaires Index” təsdiq edir. Reytinqin bütün iştirakçılarına nisbətən maksimum artımı “Eurochem”in keçmiş benefisiarı Andrey Melniçenko nümayiş etdirib. Yanvar-fevral aylarında onun sərvəti 3.86 milyard dollar artaraq 22.7 milyard dollara çatıb.

Reytinqdə altıncı yeri tutan Andrey Melniçenkonun sərvətinin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, Rusiyanın ən zəngin sahibkarı “Norilsk Nikel”in əsas sahiblərindən biri Vladimir Potanin qalır.

İkinci yerdə sərvəti 710 milyon dollar azalaraq 26.8 milyard dollara qədər azalan NOVATEK-in həmsahibi Leonid Mixelson qərarlaşıb. Onun kapitalı 1.51 milyard dollar artaraq 26.2 milyard dollara çatıb.

Dördüncü yerdə sərvətini 1.49 milyard dollar artıraraq 25.4 milyard dollara çatdıran Vladimir Lisin, beşinci yerdə sərvəti 2.08 milyard dollar artaraq 23 milyard dollara yüksəlmiş “Severstal”ın əsas benefisiarı Aleksey Mordaşov qərarlaşıb.

Yeddinci yeri yanvar-fevral aylarında kapitalı 875 milyon dollar azalaraq 20.2 milyard dollara enən Alişer Usmanov tutur.

Səkkizinci yerdə Mixail Proxorov qərarlaşıb, onun sərvəti 692 milyon dollar artaraq 16.4 milyard dollara çatıb. Doqquzuncu yerdə isə “NOVATEK” və “Sibur” şirkətlərinin ortaq sahibi Gennadi Timçenko dayanır. İlk onluğu sərvəti 844 milyon dollar artaraq 13.2 milyard dollara yüksələn “Alfa Group”un yaradıcısı Mixail Fridman qapayır.

Son xəbərlər
Digər xəbərlər