2 C
Baku
Sunday, December 15, 2024

Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib

“Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib.

Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

“Crocus City Hall”da terror aktı törədənlərə külli miqdarda pul daxil olması barədə İstintaq Komitəsinə bildirilib. İstintaqda terror aktının icraçılarının Ukraynadan cinayətin hazırlanmasında istifadə edilən xeyli miqdarda pul və kriptovalyuta alması barədə məlumatlar təsdiqlənib”, – məlumatda deyilir.

Bildirilir ki, terrorçularla Ukrayna millətçiləri arasında əlaqə sübuta yetirilib.

Terrorizmin maliyyələşdirilməsi sxemində iştirak edən daha bir şübhəli müəyyən edilərək saxlanılıb. İstintaq onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət verəcək.

Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da terror aktı baş verib. Hadisə nəticəsində 140-a yaxın adam ölüb. Rusiya Prezidenti Vladimir Putin sifarişçilərin və icraçıların tapılaraq cəzalandırılacağını bildirib. İŞİD terror hadisəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.

Son xəbərlər
Digər xəbərlər