15 C
Baku
Friday, March 29, 2024

Rusiya istiqraz ödənişini dollarla etdiyini açıqladı

“Vaxtı keçmiş xarici borclar üzrə istiqraz ödənişləri dollarla həyata keçirilir”.

Bu barədə Rusiya Maliyyə Nazirliyi açıqlama yayıb.

“Citibank”a 564,8 milyon dollar dəyərində Rusiya-2022 və 84,4 milyon dollarlıq Rusiya-2042 avroistiqraz ödənişləri edilib. Müvafiq avroistiqraz ödənişləri ABŞ dolları ilə həyata keçirilib. Beləliklə, ixrac sənədlərində göstərilən şərtlərə uyğun olaraq müvafiq öhdəliklər yerinə yetirilib”, – açıqlamada deyilir.

Qərb ölkələrinin sanksiyaları səbəbindən Rusiyanın ödəməli olduğu xarici borclarını ödəməməsi ehtimalı narahatlıq doğurub.

Rusiya Mərkəzi Bankının prezidenti Elvira Nabiullina aprelin 21-də verdiyi açıqlamada ölkəsində defolt riskinin olmadığını deyib:

“Rusiyanın bütün lazımi maliyyə resursları var, heç bir defolt bizi qorxurtmur”.

Qeyd edək ki, Rusiyanın 2022-2047-ci illər arasında ödəmə müddəti olan 15 aktiv istiqrazı var.

 

 

Son xəbərlər
Digər xəbərlər