23 C
Baku
Friday, April 26, 2024

Rusiya loukosteri Sankt-Peterburq-Bakı aviareysi üzrə uçuşlar yerinə yetirəcək

Rusiyanın “Smartavia” aşağıbüdcəli (loukoster) aviaşirkəti 5 mart tarixindən etibarən Sankt-Peterburq-Bakı-Sankt-Peterburq reysi üzrə uçuşlara başlayacaq.

Aviadaşıyıcı həftədə bir dəfə olmaqla (şənbə günü) “Pulkovo” beynəlxalq hava limanından Bakıya uçuşlar yerinə yetirəcək.

Sankt-Peterburq-Bakı-Sankt-Peterburq reysinin cədvəlinə əsasən, Sankt-Peterburqdan uçuş yerli vaxtla saat 16:30-da, Bakıya eniş saat 21:15-də, Bakıdan uçuş saat 22:15-də, Sankt-Peterburqa eniş isə saat 01:15-də olacaq. Bakı-Sankt-Peterburq istiqamətə biletin qiyməti 192 manat, əks istiqamətdə isə 163 manat təşkil edir. Qiymətə 10 kq əl yükü daxildir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər