26 C
Baku
Saturday, July 27, 2024

Rusiya Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı açıqlama verdi

Rusiya Bankı (Mərkəzi Bank) bu gün keçirdiyi növbəti iclasında uçot dərəcəsini dəyişdirməyərək 9%-də sabit saxlayıb.

RİA “Novosti” agentliyinə istinadən, bu barədə Rusiya Mərkəzi Bankının press-relizində məlumat verilir.

Qeyd edək ki, Rusiya Bankı bu il 3 dəfə faizləri azaldıb. Bugünkü iclasda Direktorlar Şurası qeyd edib ki, inflyasiya hədəfə yaxın səviyyədə qalıb, iqtisadi fəallıq isə bərpasını davam etdirib. Buna baxmayaraq, qısa və ortamüddətli inflyasiya riskləri qalmaqda davam edir. İclasdan əvvəl keçirilən sorğuda ekspertlərin yarısı faizlərin azaldacağını düşünsə də, Rusiya Bankı onu sabit saxlamaq qərarı verib.

Alınmış qərar rublun məzənnəsinə təsir etməyib və məzənnə 59,5 RUB/USD səviyyəsində qalıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər