1 C
Baku
Saturday, December 14, 2024

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 8%-ə endirib

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 8%-ə endirib, Banker.az bu barədə “TASS”a istinadən xəbər verir. Eyni zamanda Mərkəzi Bank 2022-ci ildə Rusiyada ÜDM-in azalması proqnozunu yaxşılaşdırıb – 8-10% əvəzinə 4-6% gözlənilir.

İnflyasiya proqnozu da aşağı salınıb – 12-15% (daha əvvəl 14-17% olub). Kapital axını proqnozu isə əksinə, 151 milyard dollardan 246 milyard dollara yüksəldilib.

Xatırladaq ki, fevralın 28-də Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 9.5%-dən 20%-ə qaldırıb. Aprelin 8-də tənzimləyici uçot dərəcəsini 17%-ə endirib, aprelin 29-da isə göstəricinin dəyərini yenidən korrektə edərək 14%-ə endirib. Bu, qiymət artımının hazırkı sürətinin yavaşlaması, rublun möhkəmlənməsi və istehlak aktivliyinin azalması ilə bağlı olub.

Sonrakı mərhələdə tənzimləyici uçot dərəcəsini əvvəlcə 11%-ə, daha sonra isə 9.5%-ə endirib.

Son xəbərlər
Digər xəbərlər