Rusiya Mərkəzi Bankı növbədənkənar iclasda uçot faiz dərəcəsini 3.5 faiz bəndi artıraraq 8.5%-dən 12%-ə qaldırıb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
Bildirilir ki, bu artım proqnozların yuxarı həddinə uyğundur. Əvvəllər analitiklər uçot faiz dərəcəsinin 100-350 baza bəndi artırılmasını istisna etmirdilər.
Tənzimləyicinin vuğuladığı kimi, daxili tələbat ölkədə istehsalın genişləndirilməsi imkanlarını üstələyib və hazırda idxalın artması hesabına rubla təsir edir. Bütün bunlar rublun zəifləməsinə və nəticədə inflyasiyanın artmasına gətirib çıxarır.
Mərkəzi Bank qeyd edir ki, uçot faiz dərəcəsinin artırılması “inflyasiyanın 2024-cü ildə 4%-ə qaytarılması və gələcəkdə 4% səviyyəsində sabitləşməsi üçün zəruri olan monetar şəraitin və ümumilikdə daxili tələbin dinamikasını təmin etmək məqsədi daşıyır”.