16 C
Baku
Saturday, April 20, 2024

Rusiya MN: Ukrayna Ordusunun Azov dənizinə çıxışı tamamilə bağlanıb

Ukrayna qoşunlarının Azov dənizinə çıxışı tamamilə bağlanıb.

Bunu Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

“Donetsk Xalq Respublikası”nın xalq Milis qüvvələrinin aparıcı bölmələri Donetsk vilayətinin inzibati sərhədinə çatıb və Ukraynanın Azov dənizi sahili boyunca rayonlarına nəzarəti ələ keçirmiş Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbi hissələri ilə birləşib. Bu gündən etibarən Ukrayna Silahlı Qüvvələrinin Azov dənizinə çıxışı tamamilə bağlanıb”, – Konaşenkov vurğulayıb.

MənbəApa.az
Son xəbərlər
Digər xəbərlər