28 C
Baku
Saturday, July 27, 2024

Rusiya MN: Ukrayna Silahlı Qüvvələrinin 50 general və zabiti həlak olub

Rusiya Silahlı Qüvvələri Dnepropetrovsk vilayətində “Kalibr” qanadlı raketləri ilə Ukrayna ordusunun komanda məntəqəsini vurub.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

Konaşenkovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin 50-dən çox generalı və zabiti həlak olub.

“Son 24 saat ərzində “Kalibr” yüksək dəqiqlikli uzaqmənzilli dəniz raketləri Dnepropetrovsk vilayətinin Şirokaya Daça kəndi yaxınlığındakı Ukrayna qoşunlarının komanda məntəqəsini vurub”, – Konaşenkov deyib.

Müdafiə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, zərbə endirilən vaxt qoşunların əməliyyat-strateji qrupunun komanda heyəti tərəfindən işgüzar görüş keçirilib.

 

 

Son xəbərlər
Digər xəbərlər