24 C
Baku
Friday, April 26, 2024

Rusiya neftin qiymətinin məhdudlaşdırılmasına cavab olaraq üç ssenari hazırlayıb

Rusiya hökuməti G7 ölkələri və Avropa İttifaqının Rusiya neftinin qiymətinə məhdudiyyət tətbiq etməsinə cavab olaraq üç ssenarini nəzərdən keçirir, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir. Məlumata görə, bu üç ssenarinin yer aldığı layihə prezident administrasiyasında və hökumətdə müzakirə olunur.

Qəzetin açıqladığı variantlar arasında aşağıdakılar var:

–         Rusiya neftinin qiymətinə məhdudiyyət tətbiq edən ölkələrə neft satışına qadağa qoyulması;

–         Müqavilədə alıcının hansı ölkədən olmasından asılı olmayaraq, qiymətin yuxarı həddi şərt kimi daxil edilən müqavilələr üzrə xammalın satışına qadağa;

–         “Urals” neftinə maksimum endirimin tətbiqi.

Məlumata görə, bu variantlardan heç biri bəyənilməyib. Bununla əlaqədar olaraq, digər cavab tədbirlərin təklif edilməsi istisna edilmir. Həmsöhbətlərdən birinin “Vedomosti”yə verdiyi məlumata görə, dekabrın 6-sında prezident Vladimir Putinin neftçilərlə görüşündə hadisələrin inkişafı üçün üç variant müzakirə edilməli idi.

Daha əvvəl Avropa İttifaqı, G7 və Avstraliya ölkələri Rusiya neftinin bir barelinin tavan qiymətinin 60 dollar olması barədə razılığa gəliblər. Bir gün əvvəl Rusiyanın baş nazirinin müavini Aleksandr Novak bildirmişdi ki, Rusiya şirkətlərə ilin sonuna qədər tavan qiymətlə neft satmağı qadağan edəcək. Bloomberg-in məlumatına görə, Rusiya cavab olaraq enerji ixracatında “qiymət döşəməsi” tətbiq etməyi düşünür. Agentliyin məlumatına görə, Moskva Rusiya nefti üçün sabit qiymət tətbiq edə və ya xarici etalon qiymətlərə nisbətən ona maksimum endirimlər təyin edə bilər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər