Rusiya ordusu Ukraynanın Nikolayev vilayətinə S-300 zenit-raket kompleksi ilə zərbə endirib.
Bunu Nikolayev şəhərinin meri Aleksandr Senkeviç bildirib.
“Nəticədə 1 nəfər mülki şəxs ölüb, bir sıra mülki obyektlərə zərər dəyib”, – o vurğulayıb.
A.Senkeviçin sözlərinə görə, həmçinin bir neçə fərdi yaşayış evinin pəncərə və qapıları sınıb, dam örtüyü zədələnib.