7 C
Baku
Sunday, December 15, 2024

Rusiya ölkə TV-lərinin Ermənistanda yayımı zamanı qanun pozuntularına yol verdiyini etiraf edib

Ermənistan Rusiya telekanallarının ölkə ərazisində yayımı zamanı qanun pozuntuları aşkar edib.

Tərəflər bununla bağlı birgə bəyanat imzalayıb.

Ermənistan Yüksək Texnologiyalar Nazirliyi Rusiya kanallarının yayımı məsələsində Moskva ilə ikitərəfli məsləhətləşmələrin aparıldığını, məsləhətləşmələr zamanı Rusiya tərəfinin hökumətlərarası sazişin 5-ci maddəsinin pozulmasını etiraf etdiyini açıqlayıb.

İrəvan və Moskva nümayəndələri sənədin bütün bəndlərinə əməl etmək üçün qarşılıqlı addımlar barədə razılığa gəliblər.

Son xəbərlər
Digər xəbərlər