17 C
Baku
Monday, April 29, 2024

Rusiya Qərbə cavab olaraq Belarusda nüvə silahı yerləşdirib

Rusiya Qərb qonşularının aqressiv davranışlarına cavab olaraq Belarusda taktiki nüvə silahı yerləşdirib və birgə aviasiya qrupunu gücləndirib.

Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibinin müavini Aleksey Şevtsov “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, İttifaq dövlətinin yenilənmiş təhlükəsizlik konsepsiyası beynəlxalq vəziyyətin hərtərəfli təhlili əsasında təhlükəsizlik və sabitliyin təmin edilməsi üzrə ümumi vəzifələrin həyata keçirilməsinin əsas istiqamətlərini və mexanizmlərini müəyyən edəcək.

Şevtsov bildirib ki, Ukraynada hərbi əməliyyatlar başlamazdan əvvəl də Qərb dövlətləri Minskə hərbi-siyasi və iqtisadi təzyiqləri artırıblar: “Lakin əks effekt əldə ediblər və ən yaxın müttəfiqimizlə münasibətlərimizi daha da gücləndiriblər”, deyə Nikolay Patruşevin müavini vurğulayıb.

Mənbəapa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər