3 C
Baku
Saturday, December 14, 2024

Rusiya Qərbə qarşı ərzaq embarqosunu uzatdı

Rusiyanın Baş naziri Dmitri Medvedev Rusiyaya sanksiyalar tətbiq edən ölkələrdən kənd təsərrüfatı məhsulları, xammal və ərzağın ayrı növlərinin idxalına qoyulan qadağanın müddətinin uzadılması haqqında sənədi imzalayıb.

“RİA-Novosti” agentliyinə istinadən, qətnamə nazirlər kabinetinin saytında yerləşdirilib.

Məhdudiyyətlər ABŞ, Avropa İttifaqı, Kanada, Avstraliya, Norveç, Ukrayna, Albaniya, Çernaqoriya, İslandiya və Lixtenşteynə aiddir.

Daha əvvəl Medvedev vurğulayıb ki, bu, məcburi addımdır. Beləliklə, Rusiya yalnız öz milli maraqlarını müdafiə etmir, həm də iqtisadiyyat sektorunu dəstəkləyir. Onun sözlərinə görə, aqrar sahədə çalışan sahibkarlar bir neçə dəfə Avropa İttifaqına qarşı cavab məhdudiyyətlərin müddətini uzatmağı xahiş ediblər.

MənbəPublika.az
Son xəbərlər
Digər xəbərlər