26 C
Baku
Tuesday, April 30, 2024

Rusiya Qara dənizdə gəmilərin yoxlanışında iştirakını bərpa edib

Hal-hazırda Qara dənizdə 120-dən çox gəmi hərəkət etmək üçün icazə gözləyir.

Bunu İstanbulda “Taxıl dəhlizi sazişi” çərçivəsində qurulan Birgə Koordinasiya Mərkəzində BMT-nin nümayəndəsi İsmini Palla deyib.

O qeyd edib ki, Rusiya bu gün “Qara dəniz Taxıl Sazişi” çərçivəsində gəmilərin yoxlanışında iştirakını bərpa edib.

Hazırda humanitar dəhlizlə 8 gəmi hərəkət edir.

Onun sözlərinə görə, yoxlanış üçün növbənin xeyli azalmasına baxmayaraq, hal-hazırda 120-dən çox gəmi hərəkət etmək üçün icazə gözləyir ki, onların sırasında əksəriyyəti Ukrayna istiqamətində üzən gəmilərdir.

Palla həmçinin qeyd edib ki, bu gün göyərtəsində 290 102 ton taxıl və kənd təsərrüfatı məhsulu daşıyan 7 gəmi Ukraynadan yola düşərək humanitar dəhlizlə irəliləyir. Bir gəmi isə Ukraynanın “Yujnıy” dəniz limanı istiqamətində hərəkət edir.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər