6 C
Baku
Monday, December 16, 2024

Rusiya qazının Avropadakı payı son 20 ilin ən aşağı göstəricisi ola bilər

Rusiyadan boru kəməri ilə Avropaya qaz nəqli bu il 45% azalaraq 80 mlrd. kubmetrdən az ola bilər.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) qaz bazarı ilə bağlı hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, Rusiyadan boru kəməri ilə Avropaya qaz nəqlinin azalmasına baxmayaraq, bu ölkədən Aİ-yə mayeləşdirilmiş təbii qazın tədarükün artacağı gözlənilir.

IEA-ın proqnozuna əsasən, 2022-ci ilin nəticələrinə görə, Rusiya qazının Avropa tələbatının ödənilməsində payı son 20 ilin ən aşağı göstəricisinədək enəcək və cəmi 25% təşkil edəcək.

Ümumiyyətlə, Rusiya Federasiyasından Avropaya qaz nəqli 120 mlrd. kubmetrdən çox azala bilər və 2025-ci ili üçün ildə cəmi 30 mlrd. kub metr səviyyəsində ola bilər. Beləliklə də, Rusiyanın Avropa qaz istehlakında payı 10%-dən aşağı ola bilər, 2027-ci ildə isə 0 səviyyəsinə çata bilər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər