Rusiya rublu dünya valyutalarının ABŞ dollarına nisbətdə volatilliyi (dəyişkənliyi) baxımdan artıq ikinci yerdədir. Dünyanın ən volatil valyutası isə yenə Meksika pesosudur.
Banker.az bu barədə rus mətbuatına istinadən xəbər verir.
Mütəxəssislərin fikrincə, bunun əsas səbəbi yayılan pandemiya, habelə OPEC müqaviləsinin pozulması olub.
“Bloomberg” in qeyd etdiyi kimi, hal-hazırda rublun dollara qarşı volatilliyi 24,9% təşkil edir. Qeyd edək ki, Meksika pesosu üçün bu göstərici 26,5%-dır.
Rusiya valyutası günü-gündən öz etibarlılığını itirir: hələ 2019-cu il 30 dekabr tarixində dünyanın ən volatil valyutaları sırasında rubl altıncı yer almışdır.