Rusiya Qara dəniz “Taxıl sazişi”ndə iştirakını bərpa edir.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, Rusiya Ukraynadan taxıl dəhlizindən Rusiya Federasiyasına qarşı hərbi əməliyyatlar üçün istifadə etməməklə yazılı zəmanət alıb.
“Ukrayna rəsmi şəkildə əmin edib ki, dəniz humanitar dəhlizindən yalnız Qara dəniz təşəbbüsünün müddəalarına uyğun istifadə olunacaq”, – Rusiya MN-nin məlumatına qeyd olunub.