9 C
Baku
Friday, December 13, 2024

Rusiya “TikTok”u cərimələyib

Rusiyada məhkəmə inzibati xətalara görə “TikTok” sosial media platformalarını 3 milyon rubl, “Twitch”i isə 4 milyon rubl cərimələyib.

Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Agentliyinin (Roskomnadzor) “TikTok” və “Twitch”ə qarşı qaldırdığı iddialara paytaxt Moskvanın Taqanski Məhkəməsində baxılıb.

Rusiyada qadağan olunmuş məzmuna “TikTok” və “Twitch” vasitəsilə daxil olmaq mümkün olduğu üçün şirkətlərin qanunvericiliyə əməl etmədiyinə qərar verən məhkəmə, “TikTok”u 3 milyon rubl, “Twitch”i 4 milyon rubl cərimələyib.

Qərarda “TikTok”un “qeyri-ənənəvi dəyərlər və LGBT təbliğatı”, “Twitch”in isə “Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı ilə bağlı yalan məlumatı” ehtiva etdiyi bildirilib.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər