17 C
Baku
Friday, April 19, 2024

Rusiya Türkiyəni vəziyyəti gərginləşdirməməyə çağırdı

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyəni Suriyanın şimalında vəziyyəti gərginləşdirəcək addımlardan çəkinməyə çağırıb.

Zaxarova bu barədə ənənəvi mətbuat konfransında bildirib.

“Biz türk tərəfdaşlarımızı gərginliyin artmasına səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq. Biz ondan çıxış edirik ki, Suriyanın qanuni hakimiyyətinin razılığı olmadan hərbi əməliyyatlar suverenliyin, ərazi bütövlüyünün pozulması deməkdir”, – Zaxarova deyib.

Bundan əvvəl Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın Ankaranın Suriyanın şimalında yeni hərbi əməliyyata hazır olduğunu, hər an başlaya biləcəyini bildirmişdi.

Suriyanın sərhəd bölgəsində kürd birləşmələrinə qarşı əməliyyatlar aparan Türkiyə qüvvələrinin mövcudluğunu rəsmi Dəməşq dəfələrlə qeyri-qanuni adlandırıb və Ankaranı qoşunlarını geri çəkməyə çağırıb.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər