15 C
Baku
Sunday, November 24, 2024

Rusiya-Ukrayna müharibəsinin 22-ci günü

23:40   – Britaniya Rusiya və Belarusla vergi informasiyası mübadiləsini dayandırıb.

22:10   – Bayden Çin liderinə Rusiyanı dəstəkləməyin fəsadları barədə xəbərdarlıq edəcək.

20:00   – Kiyevə aparan yollar etibarlı şəkildə “qıfıllanıb”, Rusiya qoşunları paytaxta daxil ola bilməyəcək, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları deyir.

19:05   – Fransa Prezidenti Emmanuel Makron deyib ki, Fransa Avropada müharibəyə hazırlaşmalıdır.

18:40   – Fransa yaxın günlərdə Ukraynaya 300 milyon avro məbləğində maliyyə yardımı göndərmək niyyətindədir.

18:00   – Dmitro Kuleba: “Türkiyə təhlükəsizlik zəmanəti almaq istədiyimiz ölkələrdəndir”

17:38   – Ərdoğanla Putin arasında telefon danışığı olub

17:38   – Çavuşoğlu: “Moskvada Ukraynanın təhlükəsizlik təklifinə etiraz olmayıb”.

17:20   -Zelenski martın 22-si İtaliya parlamenti qarşısında çıxış edəcək

16:45   -Rusiyada hazırda:

16:10   – Sabah, martın18-də ABŞ Prezidenti Cozef Baydenlə Çin sədri Si Szinpin arasında telefon danışığı olacaq.

15:14   – Suriya prezidenti Bəşər Əsəd Rusiyaya müharibədə kömək etmək üçün 40 min suriyalı döyüşçü ilə təmin edəcəyinə söz verib. (xarici KİV)

14:40   -Almaniya kansleri Olaf Şolz bildirib ki, NATO Ukraynadakı hadisələrə hərbi müdaxilə etmək niyyətində deyil.

14:13   – Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bu gün bildirir:

    • Vladimir Putin müdrik, mədəni xadimdir, ona görə də ABŞ prezidenti Co Baydenin onun haqqındakı nalayiq bəyanatlarına cavab vermir.
    • Co Baydenin Putinlə bağlı açıqlaması qəbuledilməzdir. Başqa dövlətləri bombalayan ölkənin prezidentinin belə sözlərə haqqı yoxdur.
    • İtalyan qəzetinin Donetskdə ölənlərlə fotosunu dərc etməsi dəhşətli saxtakarlıqdır.
    • Rusiya Federasiyası dövlət borcunun ödənilməsinin qarşısını almaq üçün bütün lazımi vəsaitlərə və potensiala malikdir.
    • Putinin planlarına Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı əməliyyat zonasına səfər və xəstəxanalardakı döyüşçülərlə görüşlər daxil deyil.
    • “Financial Times”ın Rusiya Federasiyası ilə Ukrayna arasında hazırlandığı iddia edilən sazişlə bağlı yazısı həqiqətə uyğun deyil, tərəflər işlərini davam etdirir.
    • Rusiya Federasiyası Beynəlxalq Ədalət Məhkəməsinin Ukraynada hərbi əməliyyatı dayandırmaq tələbini nəzərə ala bilməz.
    • RF Ukraynada baş verənlərlə bağlı saxta məlumatları metodik, səbirlə və fəal şəkildə ifşa etməyə davam edəcək.
    • Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyəti gecə-gündüz işləməyə hazırdır, lakin Ukrayna tərəfi səy göstərmir.

13:33  – Kiyevlə Moskva arasında Ukraynanın Çernobıl Atom Elektrik Stansiyasının təhlükəsizliyinin birgə təmin olunmasına dair razılıq əldə edib.

13:23  – Rusiya, defolt narahatlıqları fonunda bond faiz ödənişləri üzrə agent kimi fəaliyyət göstərən “Citibank”a $117 milyon ödənişi yerinə yetirdiyini bildirib.

13:08  – Yaponiya Baş naziri: “Kuril adalarının cənubu Rusiya işğalı altındadır”

13:00 – Mariya Zaxarova: “Krımın gələcəyi Rusiya ilə bağlıdır”

12:30– Volodimir Zelenski: “Növbəti dünya müharibəsinə icazə verilməməlidir. Biz başqa bir ölkənin itaətində olmaq istəmirik”

12:18Rusiyalı oliqarx Mixail Fridman: “Londondan getmək üçün özümə yeni ev ala bilmirəm.

Bu səbəbdən də, özümü Böyük Britaniyada əsirlikdə hiss edirəm”.

O bildirib ki, ölkədə sahib olduğu kart və hesabları bloklandığından, hətta evində təmizlik xidmətinin haqqını ödəyə bilmir.

İş adamının sözlərinə görə, Londonda sahib olduğu malikanədən, Moskvadakı evdən və Latviyada valideynləri üçün nəzərdə tutulan mənzildən başqa daşınmaz əmlakı yoxdur.

11:57Rusiya MN: “Ukrayna ərazisindən Böyük Britaniya və digər Avropa ölkələrinə külli miqdarda insan biomateriallarının aparılması ilə bağlı yeni sənədlər təqdim olunacaq.

Yaxın vaxtlarda biz bioloji laboratoriyaların ukraynalı əməkdaşlarından alınan yeni sənədlər paketini dərc edəcəyik və onların müayinəsinin nəticələrini təqdim edəcəyik”

11:50 -ABŞ Rusiya elitasının Qərb ölkələrindəki bank hesablarının axtarışı və üzərinə həbs qoyulması üçün beynəlxalq qrup yaradıb.

Bildirilib ki, beynəlxalq qrupa ABŞ, Avstraliya, Almaniya, Avropa Komissiyası, Böyük Britaniya, Kanada, Fransa, İtaliya və Yaponiya daxildir.

11:37 – Dmitri Medvedev: “Qərb bizi “tərbiyə” edə bilməz”

“Qərb bizi “tərbiyə edə bilməz”. Rusiyanı itaət etdirə, parçalaya bilməzlər. NATO-nun sərhədlərimizə qədər genişlənməsi, ölkəmizə qarşı iqtisadi və informasiya müharibəsi, hədə-qorxuları indiki gərgin vəziyyətə səbəb olub” – o bildirib.

Medvedev vurğulayıb ki, Qərb ölkələrinin Rusiyaya qarşı davranışı cinayətdir:

“Onlara lazım olanda hər şeyə, o cümlədən Donbasda dinc əhalinin öldürülməsinə göz yuma bilərlər. Kimsə onların əmrinə tabe olmayanda isə Rusiya günahkar olur”.

11:22 – Özbəkistan XİN başçısı: “Qondarma respublikaları tanımırıq və Ukraynaya dəstəyi davam etdirəcəyik”

“Birincisi, Ukrayna ətrafındakı vəziyyət Özbəkistanda ciddi narahatlıq yaradıb. İkincisi, Özbəkistan vəziyyətin və münaqişənin sülh danışıqları və diplomatik yollarla həllinə sadiqdir. Bunun üçün ilk növbədə düşmənçilik və zorakılıq dərhal dayandırılmalıdır”, – o bildirib.

XİN başçısı Özbəkistanın milli maraqlarından irəli gələrək hər iki ölkə ilə əlverişli əməkdaşlığı davam etdirəcəyini söyləsə də, Ukraynaya dəstək olacağını da vurğulayıb.

“Biz belə çətin günlərdə Ukraynaya humanitar yardım göstərməyə davam edəcəyik”, – nazir bildirib.

Qeyd edək ki, Özbəkistan Ukraynaya 28 ton humanitar yardım göndərib.

10:48Rusiya Müdafiə Nazirliyi Rusiyanın Su-25 təyyarələrinin Ukrayna anbarlarına endirdiyi zərbələrin videosunu paylaşıb

 

 10:20  —  Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-la münasibətlərin hazırkı mərhələsindən danışıb. Deyib ki, Hazırda bizim müəyyən məsələlərlə bağlı ABŞ-la problemlərimiz var. Moskva Vaşinqtonla fəal danışıqlar aparmır.

M.Zaxarova həmçinin Ukraynaya muzdlu qoşun və silah göndərən ölkələrə xəbərdarlıq edib: “Ukraynaya silah və qoşun göndərilməsi bu ölkənin dünyadakı səfirliklikləri vasitəsilə baş tutur. Həmin ölkələr öz əlləri ilə özlərniə təhlükə yaradırlar. Bu, bütün dünya dövlətlərinə aiddir”

 09:30  —  Mərakeşin “Royal Air Maroc” aviaşirkəti Rusiyaya uçuşları qeyri-müəyyən müddətə dayandırıb.

 05:30  Hindistan və Rusiya baza valyutası kimi Çin yuanına keçə bilər.

 02:43  “NATO-nun növbəti sammitində Ukraynada sülhməramlı missiyanın tətbiqi məsələsinə baxılacaq”. – Polşanın baş naziri Mateuş Moravetski

 02:19  Ağ Evin sözçüsü Cen Psaki: ABŞ Ukrayna üzərində uçuşa qadağa qoymayacaq.

 01:23  Bu sözləri ABŞ Prezidenti Co Bayden çərşənbə günü Ağ Evdə Vaşinqtonun Kiyevə hərbi yardımı barədə qısa çıxışı zamanı deyib ki, ölkəsi və müttəfiqləri Rusiya iqtisadiyyatına məhdudiyyətlər tətbiq etməyə davam edəcək.

 00:07  Avropa İnsan Hüquqları Məhkəməsi Rusiya Federasiyasına qarşı bütün müraciətlərə baxılmasını dayandırır.

 00:03  ABŞ Prezidenti Co Bayden Ukraynadakı vəziyyətin uzun və mürəkkəb döyüşə çevrilə biləcəyini deyib.


Müharibənin 21-ci günü
Müharibənin 20-ci günü
Müharibənin 19-cu günü
Müharibənin 16-18-cü günü
Müharibənin 15-ci günü
Müharibənin 14-cü günü
Müharibənin 10-13-cü günü
Müharibənin 9-cu günü.
Müharibənin 8-ci günü.
Müharibənin 7-ci günü.
Müharibənin ilk 6 günündə baş verənlər.

Son xəbərlər
Digər xəbərlər