26 C
Baku
Saturday, July 27, 2024

Rusiya Ukraynanın iki şəhərində sükut elan edib

Rusiya tərəfi martın 5-də yerli vaxtla saat 10:00-dan etibarən Ukraynanın iki şəhərində sükut elan edib.

“RİA Novosti” xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Məqsəd Ukraynanın Mariupol və Volnovaxi şəhərlərinin sakinlərinin təxliyəsi üçün şərait yaratmaqdır.

“Ukraynanın Mariupol və Volnovaxi şəhərlərinin sakinlərinin çıxması üçün bu gün, martın 5-də saat 10-dan sükut rejimi elan olunur və humanitar dəhliz açılır”, – nazirlikdən bildirilib.

Məlumata görə, humanitar dəhliz və marşrut Ukrayna tərəfi ilə razılaşdırılıb.

Son xəbərlər
Digər xəbərlər