18 C
Baku
Thursday, May 30, 2024

Rusiya və ABŞ bu həftə yüksək səviyyəli məsləhətləşmələr aparacaqlar

Rusiya və ABŞ nümayəndələri bu həftə yüksək səviyyəli məsləhətləşmələr aparacaqlar.

Bu barədə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.

Məsləhətləşmələr Rusiyada saxlanılan amerikalı Pol Uilanla bağlı olacaq.

“Uilan işi ilə bağlı Rusiya Federasiyası ilə əlaqəmizin olub-olmaması ilə bağlı suala gəlincə, bu həftə onlarla əlaqə saxlayacağıq. Mən bu barədə ətraflı danışmayacağam, çünki bütün bunları məxfi saxlamağa çalışırıq”,- deyə o bildirib.

Sallivan bildirib ki, hər şey planlaşdırılmış şəkildə davam edir və qarşı tərəflə əlaqə saxlanılıb, növbəti yüksək səviyyəli məsləhətləşmənin bu həftə baş tutacağı qeyd olunub.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər