26 C
Baku
Saturday, July 27, 2024

Rusiya və Türkiyə ticarətdə milli valyutalardan istifadə etməyi nəzərdən keçirir

Rusiya və Türkiyə qarşılıqlı hesablaşmalar zamanı milli valyutalardan istifadə edilməsi imkanlarını nəzərdən keçirir.

Banker.az xəbər verir ki, bu haqda məlumatı jurnalistlərə Türkiyənin İqtisadiyat naziri, Rusiya-Türkiyə hökumətlərarası komissiyasının həmsədri Nihat Zeybekçi verib.

“Biz həmçinin hər iki ölkə arasında ticarət münasibətləri zamanı milli valyutalardan istifadə edilməsi imkanlarını da nəzərdən keçirməyi düşünürük. Düşünürəm ki, bu çox ciddi məsələ olacaq” – deyə Zeybekçi deyib.

Türk nazir həmçinin vurğulayıb: “Əlbəttə, ticarət əməliyyatları zamanı yalnız bizim valyutadan istifadə edilməsinə keçid mümkün deyil, lakin düşünürəm ki, bizim bank hesablaşmaları zamanı onların həcmini artırmağa can atmalıyıq”.

Son xəbərlər
Digər xəbərlər