6 C
Baku
Friday, March 1, 2024

Rusiya və Türkiyə xarici işlər nazirlərinin müavinləri Qarabağı müzakirə ediblər

Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin türkiyəli həmkarı Burak Akçapar ilə taxıl sazişi, Qarabağ və Suriya ətrafında vəziyyəti müzakirə edib.

Bu barədə Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyindən bildirilib.

“Həmsöhbətlər 2022-ci il iyulun 22-də Ukrayna ərzaq məhsullarının ixracı ilə bağlı Qara dəniz təşəbbüsünün dayandırılmasından sonra bağlanmış İstanbul sazişləri ilə bağlı vəziyyəti ətraflı müzakirə ediblər. Bundan əlavə, Qarabağ nizamlanması prosesində baş verən proseslərə və Suriyadakı mövcud vəziyyətə diqqət yetirilib”, – məlumatda qeyd olunub.

Hər iki tərəf “qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsinin və ehtiyacı olan ölkələrə lazımi dəstəyin göstərilməsinin vacibliyini vurğulayıb, həmçinin regional böhranların siyasi və diplomatik yolla həllinə alternativin olmadığını” qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər