7 C
Baku
Sunday, December 15, 2024

Rusiya və Azərbaycan arasında müxtəlif səviyyələrdə görüşlər keçiriləcək

“Rusiya-Azərbaycan münasibətlərinin tarixi, xalqlarımız arasındakı münasibətlərin tarixi uzun və dərindir. Bu münasibətlərin tarixi kökü var”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Bu münasibətlərin formal tərəfi isə diplomatik münasibətlərdir. Hazırda diplomatik münasibətlərimizin 30 illik yubileyidir. Biz Azərbaycanlı həmkarlarımızla bir sıra əhəmiyyətli tədbirlər hazırlamışıq. Bu tədbir rəsmi təbrik məktublar mübadiləsi, müxtəlif səviyyələrdə görüşlərdir. İki ölkə arasında xüsusi vurğu humanitar-mədəni əməkdaşlığın inkişafına edilir. Rusiyada Azərbaycan günləri çərçivəsində sərgilər, konsertlərə start verilib. Mədəniyyət sahəsində ölkəmiz Azərbaycanda da bir sıra tədbirlər hazırlayır. Diplomatik münasibətlərimizin 30 illiyi fevralın 22-də Moskvada Rusiya və Azərbaycan prezidentlərinin Müttəfiqlik əməkdaşlığı haqqında Bəyannaməsinin imzalanması fonunda keçir. Bu sənəd gələcəkdə bütün istiqamətlərdə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi üçün yeni imkanlar açır”, – deyə Rusiya XİN sözçüsü qeyd edib.

Zaxarova diplomatik münasibətlərinin qurulmasının 30 illiyi münasibəti ilə iki ölkənin XİN başçılarının görüşünün planlaşdırılıb-planlaşdırılmaması haqqında suala isə belə cavab verib: “Məndə bu barədə dəqiq tarix yoxdur. Dəqiq tarix olmadan deməyəcəm”.

Son xəbərlər
Digər xəbərlər