9 C
Baku
Thursday, December 12, 2024

Rusiya və Çin rəhbərləri videoformatda görüşüblər

Rusiya Çinin 6 şirkəti ilə koronavirusa qarşı “Sputnik” və “Sputnik Layt” peyvəndlərinin istehsalına dair müqavilə imzalayıb.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə videogörüşü zamanı məlumat verib. Prezident Vladimir Putin bildirib ki, Çin şirkətləri Rusiya üçün 150 milyon dozadan çox peyvənd istehsal edəcəklər.

Rusiya və Çin rəhbərləri ikitərəfli münasibətləri və beynəlxalq məsələləri müzakirə ediblər. Tərəflər Pekində keçiriləcək Olimpiya oyunlarının açılışında şəxsən görüşə biləcəklərinə ümid bəslədiklərini bildiriblər.

Qarşılıqlı salamlamadan sonra görüş qapalı formatda davam edib.

Son xəbərlər
Digər xəbərlər