20 C
Baku
Friday, May 3, 2024

Rusiya və İran kosmosda əməkdaşlığa dair memorandum imzaladılar

“İran tərəfi Rusiya ilə kosmos sahəsində əməkdaşlığın inkişafına dair memorandum imzalayıb, tərəflər peyklərin tikintisi üzrə birgə layihələr üzərində işləyəcəklər”.

Bunu İranın Kosmik Agentliyinin rəhbəri Həsən Salariye bildirib.

“İran və Rusiya arasında gələcəkdə əməkdaşlıq çərçivəsi nəhayət müəyyən edilib və bu gün iki ölkə arasında imzalanıb, tərəflər müxtəlif sahələrdə mükəmməl qarşılıqlı anlaşma əldə ediblər”.

Agentlik həmçinin əlavə edib ki, memoranduma əsasən, Tehran və Moskva zondlama və telekommunikasiya peyklərinin birgə layihələndirilməsi və tikintisi, habelə bunun üçün zəruri infrastrukturun inkişafı və birgə təlim kurslarının keçirilməsi sahəsində əməkdaşlığı inkişaf etdirəcəklər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər