-1 C
Baku
Sunday, December 15, 2024

Rusiya və Türkiyə iqtisadiyyatının məruz qaldığı mənfi təsirlər – şərh

Dünya bazarlarında enerjidaşıyıcılarının qiymətinin ucuzlaşması iqtisadiyyatı neftdən asılı olan ölkələrin tədiyyə balansına mənfi təsirini göstərməkdədir. Rusiya Mərkəzu Bankı artıq 2020-ci ilin I rübü üzrə tədiyyə balansının ilkin göstəricilərini açıqlayıb. Açıqlamaya görə, yanvar-mart aylarında cari hesablar balansının profisiti ötən ilin müvafiq övrü ilə müqayisədə 35% azalaraq $33,6 milyarddan $21,7 milyarda düşüb. Azalmaya səbəb neftin ucuzlaşması və eyni zamanda ixracın azaldılmasıdır. Bu müddətdə xidmətlərin ixracı ilə yanaşı xidmətlərin idxalı, o cümlədən nəqliyyat xidmətlərinin və turzim idxalı azalıb.

Banker.az bildiri ki, bunu iqtisadçı-ekspert Samir Əliyev deyir.

Ekspert deyir ki, maliyyə əməliyyatlarının müsbət saldosu $17 milyarda düşüb: “Halbuki ötən ilin I rübündə $24 milyarda bərabər olub.  Buna baxmayaraq qeyri-rezidentlər qarşısında öhdəliklər azalıb və xaricdə maliyyə aktivlərinin yerləşdirilməsi əhəmiyyətli dərəcədə azalıb.

Rusiyanın beynəlxalq ehtyatları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə $5 milyard artıb. Artım büdcə qaydası çərçivəsində daxili bazardan xarici valyutaların alınması hesabına baş verib”.

Samir Əliyev Türkiyədə vəziyyət daha ağır olduğunu deyir: “Fevral ayında cari hesablar balansının kəsiri daha da artıb və $1,23 milyarda (2019-cu ilin fevralında $117 milyon olub) yüksəlib. İki ay üzrə kəsir ümumilikdə $2,8 milyard olub. Kəsirin artımına səbəb malların idxalının $30,4 milyarddan $34,8 milyarda yükəlməsidir. Buna görə də ticarət balansının kəsiri $5,2 milyarda qədər artıb. Kəsirin yaranması qızıl və enerjidaşıyıcılarının idxalı ilə bağlıdır. Çünki qızıl və enerji daşıyıcıları olmadan cari hesablar balansında $2,6 milyardlıq profisit yaranıb, ancaq 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə profisit daha az ($3,2 milyard) olub.

Birbaşa investisiyalar təkcə fevral ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə $129 milyon azalaraq $309 milyona düşüb. Yanvar-fevral ayı üzrə $1,1 milyarda ($146 milyon azalma) bərabər olub.

İki ay üzrə göstəricilərə baxsaq portfel investisiyalarında vəziyyət daha gərgindir. İki ay ərzində bu investisiyaların cəlbində 840 milyon kəsir (outflow) yaranıb. Halbuki ötən ilin müvafiq dövründə $7,7 milyard profisit (net inflow) mövcud olub.

Ehtiyatlara gəlincə, yanvardakı $2,93 milyardlıq itkini fevralda $3 milyardlıq artım kompensasiya edib və $66 milyonluq qalıq yaranıb.  Məlumat üçün bildirək ki, 2019-cu ilin yanvar-fevral aylarında rəsmi ehtiyatlar $6,1 milyard artmışdı”.

“Azərbaycanda tədiyyə balansının son statistik məlumatı 2019-cu ilə məxsusdur. 2020-ci ilin I rübü ilə bağlı məlumat iyun ayında açıqlanacaq. İndidən demək olar ki, cari hesablar balansının profisiti 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə azalacaq. Rəsmi açıqlamalarda cari ilin yanvar-mart aylarında ixrac edilən neftin orta qiyməti 59 dollar olduğu bildiriir. Deməli, cari hesablar balansında mənfi saldo olmasa da profisit azalacaq”, deyə ekspert fikrini tamamlayır.

Son xəbərlər
Digər xəbərlər