6 C
Baku
Sunday, December 15, 2024

Rusiya XİN: “Çinlə dəyəri 160 milyard dollardan çox olan layihələr üzərində işləyirik”

“Rusiya və Çin dəyəri 160 milyard dollardan çox olan layihələr üzərində işləyir”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin birinci Asiya departamentinin direktoru Georgi Zinovyev bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi oktyabrda keçiriləcək “Bir kəmər, bir yol” forumu nəticəsində Çinlə investisiyalar üzrə razılaşmaların əldə olunacağını gözləyir:

“Ümumilikdə, investisiya əməkdaşlığı üzrə Rusiya-Çin hökumətlərarası komissiyasının “portfelinə” investisiya həcmi 160 milyard dollardan çox planlaşdırılan onlarla layihə daxildir və onların hamısı fəal işlənmə mərhələsindədir”.

Departament direktoru qeyd edib ki, Çin tərəfinin iştirakı ilə həyata keçirilən layihələr müsbət nəticələr verir: “Bunlar Yamal yarımadasında mayeləşdirilmiş təbii qazın istehsalı üzrə layihələrdir. İlin birinci yarısında Rusiyanın mayeləşdirilmiş təbii qaz ixracı fiziki ifadədə 60%-dən çox artıb”.

Son xəbərlər
Digər xəbərlər