14 C
Baku
Saturday, October 5, 2024

Rusiya yanvarda dəniz neft ixracını sutkada 100-200 min barel azaldacaq

Rusiya yanvar ayında dəniz limanlarından gündəlik neft ixracını cari ilin dekabr ayı ilə müqayisədə 100-200 min barel azaltmaq niyyətindədir.

Bu barədə Reuters-ə təchizat planları ilə tanış olan üç mənbə bildirib.

Onların sözlərinə görə, azalma zavodlarda emalın artması fonunda planlaşdırılır. Azalma əsasən Primorsk, Ust-Luqa və Novorossiysk qərb limanlarına təsir edəcək, çünki neft şirkətləri üçün onların vasitəsilə tədarükləri tənzimləmək daha asandır. “Transneft” sisteminin 2024-cü ilin birinci rübü üçün ixrac cədvəli də oktyabr-dekabr ayları ilə müqayisədə aşağıdır

Neft bazarının analitiki Viktor Katona bildirib ki, oktyabrda Rusiya neftayırma zavodlarında orta neft emalı sutkada 5,5 milyon barel idisə, ötən həftə bu göstərici sutkada 5,7 milyon barelə yüksəlib.

Bundan başqa neft emalının artımı Rusiyadan dəniz ixracının artmasına səbəb olmayacaq, çünki Moskva Belarus, Monqolustan və Mərkəzi Asiyaya dəmir yolu nəqlinin həcmini artıra bilər.

Dekabrın 17-də Rusiya baş nazirinin müavini Aleksandr Novak bəyan edib ki, bu ay neft və neft məhsullarının ixracında azalma artacaq. Onun sözlərinə görə, Rusiyanın 2023-cü ilin sonuna qədər əlavə öhdəlikləri gündə 300 min barel, 2024-cü ilin birinci rübü üçün isə 500 min barel təşkil edir.

Son xəbərlər
Digər xəbərlər