26 C
Baku
Wednesday, April 24, 2024

Rusiya, yoxsa ABŞ: Seçim Çinindir

ABŞ-ın “Financial Times” qəzetinin rəsmi mənbələrə istinadən “Rusiya Çindən hərbi texnika və digər yardımlar istəyib” xəbəri geniş əks-səda doğurub. Pekin bu xəbəri təkzib edib. Eyni zamanda Moskva Ukraynada apardığı müharibədə hansısa dövlətin dəstəyinə ehtiyac duymadığını açıqlayıb.

Bununla bağlı şərh verən Atlas Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirir ki, təkzib xəbərləri şübhə doğurub.

“Moskvanın kömək üçün Pekinə müraciət etdiyi şübhələri var”.

Rəsmi Pekin üçün çətindir. Rusiya Çinin siyasi tərəfdaşı,  ABŞ isə əsas iqtisadi tərəfdaşıdır. Vaşinqton Pekinlə münasibətləri 1972-ci ildə ABŞ prezidenti Niksonun Çinə səfəri ilə normallaşdırmışdı. Həmin tarixdən başlayaraq iki ölkə arasında iqtisadi və ticarət münasibətləri quruldu.

Hazırda bu iki dövlət arasında ticarət dövriyyəsinin həcmi ötən il 755 milyard dollar təşkil edib. Bu məbləğin 576 milyardı Çinin ABŞ-a ixracı təşkil edir. Müqayisə üçün Rusiya ilə Çin arasında ticarət dövriyyəsinin həcmi 146 milyard dollar olub. Bunun 67 milyard dolları Çinin Rusiyaya ixracı təşkil edib. Bu rəqəmlər onu göstərir ki, Çin üçün ABŞ bazarı daha vacibdir. Bundan başqa Çin ABŞ-ın səhm bazarında da fəal mövqedədir.

Vaşinqton Pekini Rusiyanı dəstəkləməkdən “xəbərdar” edib. İtaliyanın paytaxtı Romada ABŞ və Çin rəsmiləri arasında qapalı şəraitdə görüş keçirilib. Görüşdə Vaşinqtonu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan, Çini isə bu ölkənin Kommunist Partiyasının xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Yan Tseci təmsil edib. Görüşün necə nəticələndiyi barədə məlumat yoxdur. Aydındır ki, bu görüşdə Vaşinqton xəbərdarlığını bir daha Pekinə xatırladıb.

Elxan Şahinoğlu bildirir ki, Vaşinqton Pekinin Moskva ilə tərəfdaşlıq amilini nəzərə alsa da, Çinin Rusiyaya hərbi dəstəyinin qarşısını almağa çalışır.

“Vaşinqton Pekini sanksiyalarla hədələyib. Çinin dövlət şirkətləri sanksiya qorxusundan Rusiyaya bir sıra məhsulları ixrac etməkdən imtina ediblər. Pekin anlayır ki, Rusiyaya hərbi texnika göndərsə, bunun Çin iqtisadiyyatı üçün ağır nəticələri olacaq. Pekin Ukrayna müharibəsinə görə Vaşinqtonun siyasətini tənqid etsə də, Rusiyanın Ukraynanı işğalı siyasətindən məsafə saxlayır”.

Siyasi şərhçi bildirir ki, Amerika ilə danışıqlar Pekinin maraqlarına cavab verir.

Çünki Ukrayna müharibəsi fonunda Çinin siyasətinə maraq artıb. Pekinin Vaşinqtona qarşılıqlı şərti ola bilər: “Rusiyaya dəstək verməmizi istəmirsinizsə, bizə qarşı tətbiq etdiyiniz müxtəlif sanksiyalardan və təzyiq siyasətindən imtina edin!” Vaşinqton Çinə qarşı sanksiyaları yumşalda bilər.

“Ancaq bu halda Vaşinqton Pekindən tələb edəcək ki, qonşu dövlətləri hədələməkdən, Tayvan adasını hərbi yola ələ keçirmək siyasətindən imtina etsin” -deyə, E.Şahinoğlu deyir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər