Bu distant təhsil üçün istifadə ediləcək.
Rusiya mətbuatında yayılan məlumatlara əsasən, ölkədə distant təhsil üçün istifadə ediləcək məşhur Zoom xidmətinin analoqunu yaratmağa qərar verilib.
Layihə ilə Moskva İnformasiya Texnologiyaları İdarəsi məşğul olacaq.
Ehtimal olunur ki, sözügedən layihə 2021-ci ilin yazında tamamlanıb, istifadəyə veriləcək. Xidmətin xüsusiyyətləri və onun dizaynı haqqında təfərrüatlar hələ də gizli saxlanılır.
Pandemiya fonunda sözügedən ölkədə məktəblilərə Google Hangouts, Zoom, Discord və başqa tətbiqlər vasitəsilə distant təhsil tədris olunurdu.